|
Bir qrup ziyalı Mətbuat Şurası və BAMF-ın təşkilatçılığı ilə cəbhə bölgəsində olubMətbuat Şurası və Beynəlxalq Avrasia Mətbuat Fondunun (BAMF) birgə təşəbbüsü ilə Bakı Dövlət Universitetinin (BDU) bir qrup müəllim heyəti, o cümlədən tanınmış jurnalistlər və media təmsilçiləri, eyni zamanda ictimai xadimlərin cəbhə bölgəsinə səfəri olub. Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə, səfər çərçivəsində nümayəndə heyəti ilk olaraq Füzuli rayonunun Horadiz qəsəbəsində Aprel hadisələri zamanı şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər. Daha sonra nümayəndə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini ziyarət edib. Kənddəki sosial obyektlərlə tanış olublar.Kənddə yeni tikilmiş və yeni tədris ilində artıq istifadəyə verilmiş məktəbin qarşısında çıxış edən, səfərin təşkilatçısı olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, MŞ-nın sədr müavini Umud Mirzəyev Cocuq Mərcanlıya vaxtaşırı belə səfərlərin təşkil olunmasının vacib əhəmiyyət daşıdığını bildirib. Millət vəkili, MŞ-nın sədri Əflatun Amaşov ötən ilin aprelində Azərbaycan ordusunun uğurlu döyüş əməliyyatlarından sonra öz normal həyat məcrasına qayıdan Cocuq Mərcanlıda bu gün ölkə Prezidentinin bilavasitə diqqəti və nəzarəti ilə salınmış yaşayış massivi, infrastrukturun həm də Qarabağa qayıdışın bir əlaməti olduğunu qeyd edib. Səfər çərçivəsində nümayəndə heyəti eyni zamanda Füzuli və Cəbrayıl rayonunda yerləşən N saylı hərbi hissələri ziyarət edərək əsgər, zabit və yüksək çinli hərbçilərlə görüşüb, onlarla birgə nahar edərək fikir mübadiləsi aparıblar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Oktyabr, 2017 12:02 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |