|
|
Bu gün Azərbaycanda AşuradırBu gün Azərbaycanda Aşura qeyd olunur Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən,bu il Aşura -Məhərrəm ayının 10-u oktyabrın 1-nə təsadüf edir. Ahlibeyt.az-ın məlumatına görə fətvada qeyd olunur ki, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun, onun amallarına yaraşan tərzdə keçirilməlidir. Mövcud qanunvericiliyə əsasən, əza məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə keçirilməli və ictimai asayişə mane olmamalıdır. Qafqaz Müsəlmanları İdarəsi Əhli Beytin hər iki məzhəb üçün əziz olduğunu nəzərə alaraq Azərbaycanda yaşayan hər iki məzhəb ardıcıllarına İslami həmrəylik nümayiş etdirərək İmam Hüseyn (ə) mərasimlərində dini dəyərlərə uyğun olaraq birgə iştirak etmələrini tövsiyə edir. Həmçinin son bir neçə ildə olduğu kimi, bu gün də bəzi məscid və ziyarətgahlarda qanvermə aksiyaları keçiriləcək. Qeyd edək ki, Məhərrəm ayı sentyabrın 22-də başlayıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Oktyabr, 2017 11:13 ⁄ Çap
Bu bölmədə2 Avqust, 2026 Ərbəin gününün əməlləri27 May, 2026 Qurban bayramınız mübarək9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |