إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstanda Aşura mövzusunda elmi konfrans keçirilib - FOTO

Tbilisidə yerləşən “Alulbeyt” adına Dini Mədəniyyət Mərkəzində "Hər gün Aşuradır, hər yer Kərbəla!" mövzusunda elmi konfrans keçirilib. Konfransda din, dövlət və ictimai xadimlər və ziyalılar iştirak ediblər.

Ahlibeyt.az-in verdiyi xəbərə görə, Gürcüstan Müsəlmanları İdarəsinin məlumatında bildirilir ki, konfransda çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova belə elmi tolantıların keçirilməsinin məqsəd və əhəmiyyətini açıqlayıb. O, çıxışında "Hər gün Aşuradır, hər yer Kərbəla!" sözünün anlamlarını izah edib.

Konfransda iştirak edən İranın Gürcüstandakı səfiri Seyyid Cavad Şəhidi konfransı təşkil edənlərə təşəkkür edərək Kərbəla hadisəsinin həqiqətlərini və ibrətli dərslərini elmi tədbirlər keçirərək bütün ictimai təbəqələrə çatdırmanın əhəmiyyətindən danışıb.

Sonra çıxış edən, təbrizli alim Hacı Məhəmməd Baqir Saivər, “Al-mustafa” Beynəlxalq Universitetinin Gürcüstandakı nümayəndəsi Hacı Davud Zari, Hz. Fatimeyi Zəhra (s.ə) adına Cəmiyyətin sədri Gülşə Nemətova və başqaları Kərbəla hadisəsinin bu günə qədər yaşamasının səbəbləri, Bu hadisənin diri saxlamanın əhəmiyyəti və Aşura hərəkatından alınan dərslər haqqında konfrans iştirakçılarına geniş məlumat veriblər.

Konfrans rözə və dua oxunmaqla yekunlaşıb.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Sentyabr, 2017  16:07 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!