إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səudiyyəli qadınlar da fətva verə biləcəklər

Səudiyyə Ərəbistanı qadınlara yeni hüquqlar verməyə davam edir.

Ahlibeyt.az-ın məlumatına görə,İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanında artıq qadınlar da fətvalar verə biləcəklər. Bundan öncə isə qadınlar ancaq fətvalara səs verə bilərdilər.

Müvafiq məsləhətləri İFTA və Elmi Araşdırmalar üzrə Baş İdərəyə Məsləhət Şurası verib.

Məsləhətlərə əsasən, İdarədə zərif cinsin nümayəndələri üçün də xüsusi müstəqil bölmələr yaradılmalıdır.

Qeyd etmək lazımdır ki, Məsləhət Şurasının tərkibindəki qadınlar hələ ötən ilin mart ayında fətva vermək hüququnun verilməsini tələb ediblər.

Maraqlıdır ki, bu qərarı krallıq sakinləri ilə yanaşı, ölkədə din işlər və hüquq elmləri sahəsində çalışan şəxslər də dəstəkləyiblər.



Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Sentyabr, 2017  16:01 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!