|
• Dünyadaİraq kürdüstanında keçirilən referenduma etiraz - Türkiyə və Rusiya prezidentlərindən açıqlamaTürkiyə və Rusiya prezidentləri Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin İraqın kürd muxtariyyətində baş verən son hadisələri müzakirə ediblər. Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Putin Ərdoğanla danışıqlarının yekunları ilə bağlı mətbuata açıqlamasına bildirib. “Sözsüz , İraqın kürd muxtariyyətində keçirilən müstəqillik referendumu ilə bağlı son vəziyyəti də müzakirə etdik. Rusiyanın prinsipial mövqeyi bəllidir – bu mövqe Rusiya XİN-nin bəyanatında öz əksini tapıb. Bu gün biz cənab prezidentlə bu barədə ətraflı danışdıq”, - deyə Putin qeyd edib. R.T.Ərdoğan danışıqların yekunlarını şərh edərkən kürd muxtariyyətində müstəqillik referendumunun keçirilməsini böyük səhv adlandırıb. “Suriya və İraqı müzakirə etdik. İraq və Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyi məsələsində həmfikir olduq. Bu referendumun heç bir qanuniliyi yoxdur. Şimali İraq rəhbərliyi böyük səhvə yol verib. Heç kimin bizim regionu alovlandırmağa haqqı yoxdur”, - deyə Ərdoğan jurnalistlərə bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Sentyabr, 2017 12:55 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |