|
• DünyadaABŞ-dan açıqlama - Türkiyənin İraqın ərazi bütövlüyünə dəstək bəyanatı hədə kimi səslənirABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xizer Nauert jurnalistin Türkiyə XİN rəhbəri M.Çavuşoğlunun son bəyanatına şərh verilməsinə dair sualına cavabında bildirib ki,Türkiyənin İraqın ərazi bütövlüyünün qorunmasına dəstək verməyə hazır olması barədə bəyanatı hədə kimi səslənir. Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki,Ankara İraqın kürd muxtariyyətində keçirilən müstəqillik referendumundan sonra Bağdadın müvafiq sorğusu əsasında bu ölkənin ərazi bütövlüyünün qorunmasına dəstək verməyə hazırdır. Türkiyə ordusunun İraqda əməliyyat keçirməsinin mümkünlüyünü şərh edən nazir qeyd edib ki, Ankara İraq hökumətinin müvafiq müraciəti əsasında addımlar atmaq niyyətindədir: “Əgər Baqdad Ankaraya çağırış edərsə, biz beynəlxalq normalara əsaslanan hüququmuzdan yararlanacağıq. Ankara üçün əsas olan İraqın mərkəzi hakimiyyətinin mövqeyidir. Həmçinin İraqdakı etnik türkmənlərə qarşı yarana biləcək təhlükə Ankara tərəfindən hərbi əməliyyat üçün səbəb kimi qiymətləndiriləcək." Mövlud Çavuşoğlu, Türkiyənin xarici ölkələri İraqın kürd muxtariyyətində keçirilən müstəqillik referendumunun nəticələrini tanımağın yolverilməz olması barədə xəbərdar etdiyini qeyd edib. Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. İraq hökuməti referendumu qeyri-legitim elan edib. Referenduma qarşı həmçinin Türkiyə, İran, ABŞ və BMT çıxış edib. İraqın Nazirlər Kabineti muxtariyyət rəhbərliyindən bölgədəki hava limanları və sərhəd-buraxılış məntəqələri üzərində nəzarəti rəsmi Bağdada verməyi, xarici ölkələrdən isə muxtar bölgə ilə neft sahəsində əməkdaşlığa son qoymağı tələb edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Sentyabr, 2017 11:41 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |