إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Region ölkələri İraqda sabitliyin pozulmasına izləyici qalmayacaqlar

Region ölkələri İraqda sabitliyin pozulmasına izləyici qalmayacaqlar.

Ahlibeyt.az-ın SalamNews-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani türkiyəli həmkarı  Rəcəb Tayyib Ərdoğanla telefonda danışarkən deyib.

Ruhani və Ərdoğan İraq Kürdüstanında keçirilməsi nəzərdə tutulan referendumu müzakirə edib.

Tərəflər iki ölkə arasında regional məsələlərdə  münasibətlərin yüksək səviyyədə olduğunu qeyd ediblər və əlavə ediblər ki, İraqın suverenliyi heç bir halda zədələnməməlidir.

“İraqın suverenliyi və regionun sabitliyi həyati bir məsələdir. Şübhəsiz ki, region ölkələri sabitliyin pozulmasına izləyici qalmayacaqlar”, deyə Ruhani bildirib.

Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğan isə deyib ki, İraq Kürdüstanında keçirilməsi nəzərdə tutulan referendum diqqətlə izlənilir: “TBMM məsələ ilə əlaqədar fövqəladə iclas keçirib. Bununla bağlı Təhlükəsizlik Şurası da toplanıb”.

O həmçinin əlavə edib ki, Türkiyənin bütün nazirlikləri və aidiyyatı qurumları İran ilə  Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasının keçirilməsi üçün hazırlıq görürlər.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Sentyabr, 2017  12:17 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!