|
• DünyadaƏbu-Dabidə Quran-Kərimin nadir əlyazma nüsxələrinin sərgisi keçiriləcəkBƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində "Xatirələrdə qalan Həcc səfəri" sərgisi çərçivəsində Quran-Kərim nəfirs və nadir əlyazma nüsxələrinin də sərgisi keçiriləcəkdir Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə,BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərinin turizm və mədəniyyət idarəsinin müdiri Seyf Səid Ğəbbaş bu barədə bildirib ki, "Xatirələrdə qalan Həcc səfəri" sərgisi cari ilin sentyabr ayının 20-də başlayacaq və 2018-ci ilin mart ayının 20-dək davam edəcəkdir. O qeyd edib ki, Həcc ayininin yerinə yetirilməsi xatirələrini canlandıran 15 yerli və xarici muzeylərdən və şəxsi kolleksiyaçıdan toplanmış 128-dən çox incəsənət nümunəsi və tarixi əsər bu sərgidə hamı üçün nümayiş etdiriləcəkdir. Məlumata görə, Həcc ayinin tarixini əks etdirən bu sərgi "Şeyx Zayid" məscidinin tikilməsinin 10 illiyi münasibətilə keçirilir. Sərigidə Quran-Kərimin müxtəlif nadir nüsxələri, o cümlədən hicrətin 4-cü əsrinə aid olan qızılı xətlərlə yazılmış əlyazma Quran və Kufi xətti ilə mavi dəri üzərinə yazılmış və Tunisin tarixi Qeyrəvan şəhərində tapılmış "Mavi Quran" adı ilə məşhur olan nüsxə nümayiş olunacaqdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Sentyabr, 2017 15:24 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |