|
• DünyadaAyətullah Xamenei: Müsəlman ölkələri sözdə deyil, əməldə addımlar atmalıdırAyətullah Seyid Əli Xamenei Myanmada müsəlmanlara qarşı törədilən terrordan danışıb. O, beynəlxalq qurumların və insan haqları carçılarının bu faciələr qarşısında sükut etməsini pisləyib. Ahlibeyt.az-ın. Maide.az-a istinadla məlumatına görə, Ayətullah Xamenei bildirib ki, bu məsələnin yeganə həll yolu müsəlman ölkələrinin sözdə deyil, əməldə addımlar atması ilə mümkündür. “Əlbəttə, əməldə addımlar atmaqda məqsəd ordu yeritmək deyil. Müsəlman ölkələri Myanmanın qəddar hökumətinə qarşı siyasi və iqtisadi təzyiqləri artırmalıdır. Həmçinin bu cinayətlər əleyhinə beynəlxalq tribunalarda haqq səsini qaldırmalıdır.” Ayətullah Xamenei Myanmada baş verən faciələrin müsəlmanlar və buddistlər arasında məzhəb qarşıdurması kimi təqdim edilməsinin kökündən yanlış olduğunu qeyd edib. “Ola bilər bu hadisədə məzhəb təəssübkeşliyinin təsiri olsun. Amma bu faciənin icraçısı Myanma hökumətidir və onun başında da Nobel sülh mükafatı qazanan qəddar bir qadın durur. Bu hadisələr, əslində, Nobel sülh mükafatının ölümünü göstərdi." Ayətullah Xamenei əlavə edib ki, bu faciələr İslam ölkələri, beynəlxalq təşkilatlar və insan haqları müdafiəsi iddiasında olan ikiüzlü və yalançı hökumətlərin gözü qarşısında törədilir. O, BMT baş katibinin Myanmada baş verənləri pisləməklə kifayətlənməsini tənqid edərək bildirib ki, insan haqları carçıları bəzi vaxtlar bir ölkədə olan bir cinayətkarı cəzalandırmaq üçün səs-küy salırlar. Amma Myanmada on minlərlə insanın qətliamı və didərgin salınması qarşısında heç bir reaksiya vermirlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Sentyabr, 2017 13:46 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |