|
• DünyadaMyanmada baş verənlər etnik təmizləmənin bariz nümunəsidir - BMT-dən açıqlamaBMT-nin insan haqqları üzrə rəsmisi Zeyd Rəad əl-Hüseyn Myanmada rohingiya müsəlmanlarına qarşı törədilən qətliamları kəskin tənqid edib. Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com "Aljazeera"-ya istinadən xəbər verir ki, bu gün Cenevrədə keçirilən toplantıda BMT-nin İnsan Hüquqları Şurasına müraciət edən təşkilat rəsmisi Myanma hökumətinin ötən ay müsəlman azlığa qarşı hərbi fəaliyyətlərinin aşkar şəkildə həddini aşmış olduğunu dilə gətirib. Onun sözlərinə görə, artıq 270 mindən çox rohingiyalı Banqladeşə sığınıb, bir çoxu isə sərhədi keçə bilməyib, yerlilərə məxsus xeyli sayda kəndlər yandırılıb, amansız qətllər törədilib. "Mən Myanma hökumətini qəddar hərbi əməliyyatlarını dayandırmağa, törədilmiş bütün cinayətlərə görə məsuliyyət daşımağa çağırıram. Hökumət Rohingiya əhalisinə qarşı amansız və genişmiqyaslı diskriminasiyanı dyandırmalıdır", - deyə əl-Hüseyn çıxışında vurğulayıb. BMT səlahiyyətlisi vurğulayıb ki, Myanmada baş verənlər etnik təmizləmə siyasətinin ən bariz nümunəsidir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Sentyabr, 2017 14:58 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |