|
• DünyadaXİN: “Səudiyyə Ərəbistanı Qətər ilə dialoqa getməyəcək”Qətər əmiri Tamim bin Həməd əl-Tani və Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman Əl Saud arasında telefon danışığı olub. Söhbət rəsmi Dohanın təşəbbüsü ilə baş tutub. Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının rəsmi “SPA” agentliyi məlumat verib. Məlumata əsasən, söhbət zamanı Qətər əmiri ərəb ölkələrinin tələblərinə dair danışıqlara başlamağa hazır olduğunu bəyan edib. Səudiyyə Ərəbistanının şahzadəsi əmirin təklifini alqışlayıb. Eyni zamanda Səudiyyə Ərəbistanının xarici işlər nazirliyi bəyanat yayaraq bildirib ki,“Rəsmi Doha mövqeyini açıq şəkildə bəyan etməyincə, Qətər hökuməti ilə heç bir dialoq və təmas olmayacaq”. Sənəddə həmçinin bildirilir ki, Qətərin yürütdüyü siyasət dialoq prosesinin başlanması və qarşılıqlı etimadın yaranmasına xidmət etmir. Bəyanatda xüsusilə vurğulanıb ki, Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Əl Saud və Qətər əmiri Tamim bin Həməd əl-Tani arasında bu gün keçirilən telefon danışığı rəsmi Dohanın xahişi ilə gerçəkləşib. Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətərlə diplomatik və iqtisadi münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edib. Daha sonra adıçəkilən ölkələr Qətərə 13 bənddən ibarət ultimatum veriblər.Rəsmi Doha ölkəyə qarşı irəli sürülən ittihamları və ultimatumu qətiyyətlə rədd edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Sentyabr, 2017 10:59 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |