إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Avropa 106 yaşlı müsəlman qadını deportasiya edəcək

Avropa dövlətlərindən biri Əfqanıstan qaçqını olan 106 yaşlı qadını ölkədən deportasiya etmək haqqında qərar verdi.

Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə,bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə məsələ İsveç hökuməti tərəfindən qaldırılıb.2015-ci ildən İsveçin kiçik kəndlərindən birinə sığınmış Bibihal Özbəki oğlu və nəvəsi ilə birlikdə yaşayır. 106 yaşlı qadın buraya gəlib çıxmaq üçün əsasən piyada və qatarla dağları, səhraları və meşələri keçməli olub. Lakin İsveç hakimiyyəti hazırda çətinliklə danışan qoca miqrantın nə vəziyyəti, nə də yaşının ona sığınacaq verməyə əsas vermədiyini bildirib.

Ən təəssüfləndiricisi də odur ki, rəsmilər Bibihalın ailəsinə bu xəbəri Qurban bayramı günü çatdırıblar. Yaxınları məlumatı yaşlı qadına öncə bildirməsələr də, sonradan bundan xəbərdar olan 106 yaşlı qaçqının səhhəti pisləşib. Qadının oğlu və nəvəsi qərardan apellyasiya şikayəti verməyə hazırlaşır.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Sentyabr, 2017  14:50 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!