|
• DünyadaFransa məktəblərində "Halal qida" qanunu geri qaytarılırFransa məhkəməsi müsəlman və yəhudi şagirdlərə xüsusi halal qidaların verilməsi ilə bağlı qərar qəbul edib. İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Fransa məhkəməsi ölkə məktəblərinə halal yeməklərin qaytarılması haqda qərar qəbul edib. Məlumata görə,Fransada müsəlman və yəhudi şagirdlərə xüsusi halal qidaların verilməsi praktikası hələ 1984-cü ildə yaranıb. Lakin 2015-ci ildə Şalon-sür-Son şəhərində bu praktikanı ləğv edən qərar qəbul edilib. O zaman demək olar ki, Fransadakı bütün məktəblər halal menyuya sahib idi. Bu qərardan sonra şagirdlərin əksəriyyəti məktəb naharından imtina edib. Yeni qərara əsasən, müsəlman və yəhudilər üçün nəzərdə tutulmuş qida menyuları bütün məktəblərə yenidən qaytarılacaq. Bunula belə, məhkəmə nümayəndələri jurnalistlərlə söhbət zamanı vurğulayıblar ki, qərarı qəbul edən zaman dini hüquqları yox, uşaqların sahib olduğu hüquqları əsas olaraq götürüblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Sentyabr, 2017 12:43 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |