|
• Mənəviyyat • HəccAzərbaycandan Həcc ziyarətinə gedəcək zəvvərların yola düşəcəyi tarix açıqlanıbBu il Azərbaycandan olan "Həcc ziyarəti" karvanları avqustun 24, 25 və 26-sı tarixlərində Səudiyyə Ərəbistanına yola düşəcəklər Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedəcək olan zəvvarlarla bağlı hazırlıqlar başa çatıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) "Report" a verilən məlumata görə, ilk zəvvarlar avqustun 24-də yola salınacaq. Həmin gün ilk zəvvar qafiləsinin saat 06:10, ikincinin isə 07:30-da yola salınması nəzərdə tutulub. Digər zəvvarlar avqustun 25-i və 26-sı tarixlərində Səudiyyə Ərəbistanına yola salınacaq. Zəvvarların qayıdışı sentyabrın 12-nə planlaşdırılır. QMİ-dən bildirilib ki, zəvvar namizədləri arasında hər hansı şəxsi səbəbdən imtina edənlər olduqda onların yerinə getmək üçün növbədə olan digər namizələr qeydə alınır. Bu il səhhətinin pisləşməsi, yaxınlarının rəhmətə getməsi və s. səbəbdən Həcc səfərindən 10-a yaxın şəxs imtina edib. QMİ-dən bildirilib ki, Həcc ziyarətinə getmək istəyənlər çox olsa da, kvota dolduğu üçün onlar növbəti illərdə getməli olurlar. Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedəcək və zəvvarların daşınması yalnız hava yolu ilə həyata keçirilir. Xatırladaq ki,bu il Həcc ziyarəti üçün vahid qiymət - 3850 dollar məbləğ müəyyənləşdirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Avqust, 2017 14:07 ⁄ Çap
Bu bölmədə21 Fevral, 2018 Azərbaycandan olan zəvvarların Həcc ziyarətinin başlanma və bitmə tarixi müəyyənləşib15 Fevral, 2018 Həcc ziyarəti ilə bağlı QMİ ilə Səudiyyə Ərəbistanı Həcc Nazirliyi arasında müqavilə yenilənib13 Fevral, 2018 Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota artırılıb12 Fevral, 2018 Azərbaycandan Həcc ziyarəti üçün ayrılan kvota kəskin azalıb |
Xəbər lenti
19 Aprel, 2018 16:21
19 Aprel, 2018 11:40
19 Aprel, 2018 09:50
18 Aprel, 2018 10:00
|
© 2018 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! CMS Danneo |
© Saytı düzəldib: 313wb.com |