|
• DünyadaİŞİD İspaniyada silsiləvi partlayışlar törədib - Ölən və xəsarət alanlar arasında 18 ölkə vətəndaşı varBarselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb. Ahlibeyt.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə,Barselonada terror aktı nəticəsində 18 ölkədən 13 nəfər ölüb, azı 100 nəfər xəsarət alıb. xəsarət alanlardan 15 nəfərin vəziyyəti kritikdir. Ölənlərin sayının artacağı istisna olunmur. Terror aktını törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb. Sürücü hadisə yerindən qaçmağa müvəffəq olub. İŞİD terror qruplaşması Barselonada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadalın üzərinə sürüblər. Hücum nəticəsində iki nəfər ağır, beş nəfər isə yüngül xəsarət alıb. Yaralananlar arasında polis əməkdaşı var. Məlumata görə, polisin operativ müdaxiləsi nəticəsində 4 terrorçu məhv edilib, daha biri yaralanmışdı. Terrorçuların üzərindən partlayıcı qurğular aşkarlanıb. Onlar 120 km aralıda yerləşən Barselonada ötən axşam törədilən terror aktını təkrarlamaq niyyətində olublar. Digər partlayış İspaniyanın Alkanar şəhərində törədilib ölən və yaralananlar var. İlkin ehtimala görə,hadisənin qaz sızması nəticəsində olduğu bildirilsə də sonradan partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi məlum olub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Avqust, 2017 12:01 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |