|
• DünyadaHindistanda sığınacaq tapan 40 min müsəlman deportasiya ediləcəkHindistan Myanma və Banqladeşlə Arakan müsəlmanlarını deportasiya etmək üçün danışıqlar aparır. Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə əsasən,Hindistan "qeyri-qanuni" bir şəkildə yaşadıqları səbəbilə 40 min Myanmalı(arakanlı) müsəlmanı deportasiya etməyi planlaşdırır Hindistan hökumətinin mətbuat katibi ölkədə qeyri-qanuni bir şəkildə yaşadıqları səbəbilə Maynmadan qaçan 40 min arakanlı müsəlmanı deportasiya etmək planları üçün Myanma və Banqladeş ilə danışıqlar apardıqlarını bildirib. On minlərlə Arakan müsəlmanı əksəriyyəti buddist olan Myanmada onlara edilən zülmdən qaçaraq Banqladeşdə yaşamağa başlamışdı, bəziləri daha sonra hinduların əksəriyyətdə olduğu Hindistana keçmişdi. Daxili İşlər Nazirliyinin mətbuat katibi K.S. Datvalia Myanma və Banqladeşlə Hindistanda yaşayan sadəcə 14 minə yaxın arakanlının BMT-nin Qaçqınlar Agentliyində (UNHCR) qeydiyyatda olduğunu, yerdə qalanının qeyri-qanuni olduğunu və bu insanları geri göndərməklə borclu olduqları məsələlərini görüşdüklərini, məsələnin yaxında daha da dəqiqlik qazanacağını deyib. Hindistanın daxili işlərdən məsul dövlət naziri Kirenricicu parlamentdə verdiyi açıqlamada, federal hökumətin əyalət hökumətlərini qeyri-qanuni qalan əcnəbi əsilli sakinləri müəyyən etmək və ölkədə icazəsiz yaşayan əcnəbi əsilli olanları deportasiya etmək tapşırığını verdiyini bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Avqust, 2017 14:21 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |