إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dəməşq kitab sərgisində Qurani-Kərimin yeni təfsrinin təqdimat mərasimi keçirilib

Dəməşq beynəlxalq kitab sərgisində Suriyanın Vəqflər naziri Məhəmməd Əbdüs-Səttar əs-Seyyidin Quran- Kərimə yeni yazdığı təfsirin təqdimat mərasimi keçirilib.

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə, Dəməşqin "Hafiz Əsəd Milli Kitabxanası"nda beynəlxalq kitab sərgisi keçirilməkdədir.

Məlumata  görə, Dəməşq kitab sərgisində Suriyanın Vəqflər naziri Məhəmməd Əbdüs-Səttar əs-Seyyidin Quran- Kərimə yeni yazdığı "ət-Təfsir əl-Came" adlı təfsirinin təqdimat mərasimi Suriyalı din alimləri və yazarlarının iştirakı ilə keçirilib.

Kitabın təqdimat mərasimində çıxış edən Vəqflər naziri və kitabın müəllifi Məhəmməd Əbdüs-Səttar əs-Seyyid bildirib:

" Din adına danışan təkfirçi cərəyanlar və siyasi hərəkatların çoxu Quran- Kərim və Peyğəmbər (s) sünnəsini yanlış təfsir edir və anlayırlar və mən bu yanlış təsəvvürü və Quran- Kərimdən səhv çıxarışları zehnlərdən yumaq məqsədi ilə bu təfsiri yazdım.

Biz bu gün Quran- Kərimdən düzgün təfsir ortaya qoymalı və təkfirçilərin şübhələrinə cavab verməliyik. Bizim Quran- Kərimin düzgün təfsiri ilə terrorizm və radikalizm ilə mübarizə aparmağa ehtiyacımız var. Çünki Quran- Kərimin hər cür yanlış təfsiri və səhv anlayışı yeni bir azğın və təkfirçi cərəyanların yaranmasına səbəb ola bilər. Necə ki, cinayətkar terroristlər və təkfirçi vəhabilər səhv təfsirin bəhrəsidir. Onlar Quran- Kərimi öz əqidələrinə uyğun yozaraq və təfsir edərək insanları aldadırlar.

Buna görə də bu gün Quran- Kərimin səhih, müasir, Ərəb dilinin köklü qrammatikasına söykənmiş, elmi əsaslara uyğun və Peyğəmbərin (s) sünnəsi və sirəsi əsasında təfsiri bir zərurətdir.

Qeyd edək ki, indiyədək bu təfsirin 4 cildi (Quranın dördüncü cüzünədək) çap və nəşr edilmişdir və yaxın gələcəkdə qalan cildlər və cüzlərin təfsiri də çap və nəşr ediləcəkdir.

 

رونمایی از تفسیر جدید قرآن در نمایشگاه دمشق

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Avqust, 2017  13:15 Çap

Bu bölmədə


Xəbər lenti
11 Dekabr, 2017  12:00















© 2017 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com