|
• Dünyadaİran 629 illik tarixi əsəri Türkiyəyə qaytarırİran muzeylərdən birində nümayiş etdirilən 629 illik kilsə zəngini Van şəhərində yerləşən Müqəddəs Məryəm kilsəsinə təhvil verəcəyi bildirilib. Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə,bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, Müqəddəs Məryəm kilsəsinə 1388-ci ildə hədiyyə edilən kilsə zəngi hazırda İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində yerləşən Antropologiya muzeyində sərgilənir. İran Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatının sədr müavini Mir Hadi Qara Seyid Rumyani zəngin sərgiləndiyi Urmiya muzeyinə etdiyi səfər zamanı əsərin Van şəhərinə təhvil veriləcəyini bildirib. "Ölkəmizə aid olan tarixi əsərlərin ölkəyə geri gətirilməsi üçün çalışırıq. Eynilə başqa ölkələrə aid olduğu sübuta yetirilmiş və ölkəmizdə olan tarixi əsərləri də öz ölkələrinə təhvil veririk.",- deyə əlavə edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Avqust, 2017 13:10 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |