إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"İxvanul-muslimin" təşkilatının lideri: Türkiyə modeli bizim üçün keçərli deyil!

"İxvanul-muslimin" təşkilatının lideri Dr.Məhəmməd Bədi Fars xəbər agentliyinə verdiyi müsahibəsi zamanı Misirdə baş verən hadisələr barədə bir sıra sualları cavablandırıb ki, müsahibədən bəzi çıxarışları diqqətinizə çatdırırıq.

Dr.Məhəmməd Bədi jurnalistin Misir inqilabında Qərbin rolu nə dərəcədə barədə sualına cavab olaraq deyib ki, Misirdə baş vermiş inqilab ilk əvvəl Allahın lütfü və Misir xalqının imanı ilə olmuşdur. Xalq artıq Mübarək rejiminin ədalətsizliyindən və korrupsiyaya qurşanmasından bezara gəlmişdi. 2010-cu ildə keçirilən parlament seçkiləri baş vermiş inqilabın qığılcımı oldu. Və mən bəyan edirəm ki, Misir inqilabda Qərbin heç bir rolu olmamışdır.

Jurnalistin digər sualı Misirdə Türkiyə modelində dövlətin qurulması ilə bağlı olub ki, bu suala da cavab olaraq Məhəmməd Bədi bildirib ki, Türkiyə modeli yaxşı bir model olsa da, bizim üçün keçərli deyil. Çünki biz Quran və Peyğəmbər(s) sünnəti əsasında dövlət qurmaq istəyirik. Və buna nail olaraq dünyaya tam fərqli Misir təqdim edəcəyik.

Quranı Konstitusiyanın mənbəyi edəcəksinizmi sualına cavab olaraq təşkilatın rəhbəri bəli, bu belə olacaqdır deyib. Amma ölkəmizdə məsihi qardaşlarımız da yaşayır ki, onları da yaddan çıxartmamışıq. Onların rahat və normal həyat sürmələrini də təmin edəcəyik. Bu İslam dininin bizə buyruqlarındandır. İslam dini Misirdə qərarlaşandan bu günə kimi müsəlmanlar və məsihilər bir yerdə asayiş içində yaşayıblar və bu belə də davam edəcəkdir.

Fars agentliyinin jurnbalistinin İranla əlaqələriniz necə olacaq sualına cavabında Məhəmməd Bədi bildirib ki, İran bu gün qüdrətli bir dövlətə çevrilmişdir ki, ona qarşı yönələn təhdid və təzyiqlərə tab gətirə bilmək iqtidarındadır. Biz də onunla qarşılıqlı əlaqələrimizi möhkəmlətməliyik ki, digər qüdrətli dövlətlərə təsir göstərə bilək.

Mübarək rejiminin süqut edəcəyini qabaqcadan görürdünüzmü sualına cavab olaraq Məhəmməd Bədi deyib ki, bütün zalım hökümətlərin süqut edəcəyinə yəqinimiz olsa da, Mübarək rejiminin bu tezliklə süqut edəcəyini düşünməzdik.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Yanvar, 2012  21:09 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!