|
• Mənəviyyat • MənəviyyatNamaz qıldığı halda niyyəti əda namazından qəza namazına və ya əksinə dəyişmək icazəlidirmi?Qəza namazını qılan şəxs niyyətini əda namazına döndərə bilməz. Məsələn, əgər insan bu günün zöhr namazını qılmazdan əvvəl dünənin qəzaya getmiş zöhr namazını qılırsa, namazın ortasında niyyətini əda namazına çevirə bilməz. Gərək namazı hansı niyyətlə başlamışsa, o niyyətlə də sona çatdırsın. Amma əgər əda namazı qılırsa, ortada niyyəti qəza namazına çevirə bilər. Məsələn, bu günün zöhr namazını əda niyyətilə qıldığı zaman dünənin zöhr namazını qəzaya verdiyini xatırlayır və niyyəti qəza namazına çevirir. Amma burada bir şərt var ki, gərək namazın rükn sayılan hissələri pozulmasın. Rükn elə namaz əməlləridir ki, onları lazım olduğundan az və ya çox sayda edəndə (istər qəsdən, istərsə bilməyərəkdən) bütün namaz batil olur. Belə ki, məsələn, zöhr namazının ədasını qıldığı zaman qəzaya getmiş sübh namazı üçün niyyətini dəyişdirmək istəsə, gərək bunu üçüncü rükətin rükusundan əvvəl etsin. Rüku namazın rüknlərindəndir. Əgər üçüncü rükuya getmişsə, artıq o namazı sübh namazı saya bilməz, çünki sübh namazı iki rükətdir və iki rüku ilə qılınmalıdır. Sübh namazında hər hansı səbəbdən üç rüku etsə, namaz batildir. Qeyd edək ki,azan verildikdən sonra vacib namazların ilk vaxtı miqdarında olan rikətləri miqdarında zaman ərzində (namazların rükətlərindən aslı olaraq) yalnız həmin namaz niyyet edilib qılınmalıdır. Mənbə islam.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Avqust, 2017 15:52 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |