|
• DünyadaÖtən 5 gün ərzində 34 mindən çox zəvvar İmam Rzanın (ə) hərəmini ziyarət edibKəramət ongünlüyü münasibətilə ötən 5 gün ərzində İranın hər yerindən və ölkə xaricindən 34 min 300 nəfər zəvvar Məşhəd şəhərindəki İmam Rzanın (ə) hərəmini ziyarət edib. Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, “Ya Muinəz-Züəfa” layihə çərçivəsində həyata keçirilən bu ziyarət proqramları çərçivəsində şəhid ailələri, yetim və yoxsul ailələr, şagirdlər, əlillər, idmançılar, hərbiçilər, əlillərin özləri və ailələri İmam Rzanın (ə) hərəmini ziyarət edir. Zəvvarlar üçün müxtəlif mədəni proqramlar həyata keçirilir. . Qeyd edək ki, Kəramət ongünlüyü həzrət İmam Rzanın (ə) əziz bacısı xanım Fatimeyi Məsumənin (s.ə) mövlud günündən - 25 iyuldan İmam Rzanın (ə) mövlud gününə - 4 avqusta kimi davam edir. "Kəramət ongünlüyü" Əhli beyt (ə) dostlarının şənlik günləri sayılır. Bu mübarək günlər münasibətilə Xanım Məsumənin (s.ə) və İmam Rzanın (ə) hərəmi özünəməxsus bəzədilir. Məşhəddə mübarək mövlud ərəfəsində hərəmin bütün meydanları, fəvvarələri, sütunlu dəhlizləri güllərlə bəzədilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Avqust, 2017 13:54 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |