إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

“İran klinikası”na hicab qadağası

Hökumət Iran Islam Respublikası Qızıl Aypara Cəmiyyətinin “Iran Klinikası”nın fəaliyyətini məhdudlaşdırmaq niyyətindədir.
Məlumatda vurğulanır ki, Nazirlər Kabinetinin Humanitar Şöbəsindən klinikanın rəhbərliyinə göstəriş gəlib ki, tibb ocağının xanım personalının iş vaxtı hicabdan istifadə etməsi qadağandır. Onlar bütün tibb ocaqlarındakı standart formadan və baş örtüyündən - “papaqdan” istifadə etməlidirlər. Qadağa kollektivdə böyük narazılıqla qarşılansa da, klinikada artıq iki gündür ki, hicabdan istifadə olunmur. Klinika rəhbərliyinin göstərişə tabe olmayacağı təqdirdə ciddi problemlərlə üzləşəcəyi mesajı da verilib. Hakimiyyətin “Iran klinikası”na bu cür münasibəti iki səbəblə izah olunur. Birinci səbəb əhalinin son zamanlar klinikaya daha çox müraciət etməsidirsə, ikinci səbəb Iranla-Azərbaycan arasında yaşanan gərginlikdir.
Məsələyə aydınlıq gətirmək üçün klinika rəhbərliyi ilə əlaqə saxladıq. Amma baş həkim Məhəmmədrza Nəqaşiyə ünvanladığımız suala cavab ala bilmədik. O bildirdi ki, onun mətbuata açıqlama vermək səlahiyyəti yoxdur.

haqqyolu.net

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Yanvar, 2012  18:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!