|
• DünyadaİŞİD-in ən qanlı planı ifşa edildi: İmamların (ə) hərəmi və Ayətullah Sistani hədəf seçilmişdiİraqda böyük terror planının qarşısı alınıb. Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, İraqın Daxili İşlər Nazirliyi ölkə ərazisindəki ən böyük terror planının qarşısının alınması barədə açıqlama verib. Terrorçular İraq ərazisindəki müqəddəs məkanlara və şiə müsəlmanların ən böyük alimlərindən birinə hücum etməyi planlaşdırırdılar. Qeyd edilir ki, terrorçular pak imamların (ə) Nəcəf, Kərbəla və Samirra şəhərlərində yerləşən hərəmlərini, həmçinin Ayətullah Seyid Əli Sistaninin evini də partlatmaq niyyətində olublar. Məlumata görə, terrorçuların əsas hədəfi ölkə ərazisindəki məzhəblər və tayfalar arasın düşmənçiliyi qızışdırmaq və bu yolla İŞİD-in son ağır məğlubiyyətlərini ört-bastır etmək olub. İraq DİN-in Kəşfiyyat və Terrorçuluqla Mübarizə üzrə İdarəsinin rəisi Əbu Əli əl-Bəsri məsələ ilə bağlı bildirib ki, İŞİD terrorçuları məlum plan çərçivəsində bir neçə avtomobili partlayıcı ilə yükləmiş və onlarla kamikadze hazırlamışdı. Həmin kamikadzelər isə əsasən digər ölkələrin vətəndaşları olub. Onu sözlərinə görə, terror cəhdinin ifşasından sonra ölkənin Baş naziri Heydər əl-Abadiyə məsələ ilə bağlı xəbərdarlıq edilib. İraqın Birləşmiş Qüvvələri və HHQ terror planını həyata keçirmək üçün hərəkətə keçməyə hazırlaşan terrorçulara ağır və sarsıdıcı zərbələr endirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 İyul, 2017 12:40 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |