إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Fələstin XİN: Xalqımız, Qüdsün İsrailin paytaxtı olması düşüncələrinin üzərindən xətt çəkdi

Fələstinin xarici işlər naziri İsrail rejiminin son cinayətləri barədə açıqlama verib.

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com Fələstin mediasına istinadən xəbər verir ki, Ərəb Birliyinin Qahirədə keçirilən fövqəladə görüşündə çıxış edən Riyad Maliki bildirib: “İsrail rejimi islam və ərəb ölkələrinin iman, mənafe və hislərini görməməzlikdən gələrək, islam və xristianlıq dəyərlərinə qarşı hörmətsizlik edir. İş elə bir yerə çatıb ki, Əqsa məscidinin qapılarını bağlayaraq, son 50 ildə misilsiz bir qanunsuzluq törədir.”

İsrail məmurlarının bu addımlarla islam və ərəb ölkələrinin müsəlmanların ilk qibləsinə verdikləri dəyərləri yoxlamaq istədiklərini deyən Maliki “Beytul-müqəddəs sakinləri bu şəhər və müqəddəs məkanlarının onlara məxsus olduğunu bildirdilər. Qüds sakinləri təzyiq göstərərək, Sionost rejiminin əsassız şüarlarını təsirsiz etdilər. Onlar Qüdsün İsrailin paytaxtı olması düşüncələrinin üzərindən xətt çəkdilər. Mövzu məscidə qoyulan kamera və ya qapılar deyil. Məsələ məscidin sahibinin kimlər olduğu və kimlərin nəzarət altında olmasıdır. Məsələ təhlükəsizlik barədə deyil, tamamilə siyasi bir haldır.”, -deyə əlavə edib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 İyul, 2017  13:21 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!