|
• Dünyadaİraq ordusundan İŞİD-ə qarşı yeni genişmiqyaslı əməliyyat“Əl-Cəzirə” əməliyyatının komandanı əməliyyat barədə məlumat verib. Ahlibeyt.az-ın İslamazeri.com istinadən verdiyi xəbərə əsasən, İraqın qərbində yerləşən Ənbar əyalətinin səhra rayonlarının İŞİD terrorçularından təmizləməsi üzrə yeni genişmiqyaslı əməliyyat start götürüb. Ənbar əyalətindəki “əl-Cəzirə” əməliyyatının komandanı Qasim Muhəmmədi bildirib ki, əməliyyat bu gün səhər saatlarında başlayıb. O qeyd edib ki, əməliyyatın hədəfi əyalətin tam təmizlənməsi, İŞİD terrorçularının Ənbar səhrasından sıxışdırılıb çıxarılması və onların məhv edilməsidir. Qeyd edək ki, Ənbar əyalətinin azad edilmiş şəhərlərindən qaçan İŞİD terrorçularının əksəriyyəti məhz bu səhrada gizlənib. Onlar buradan əyalətin təhlükəsiz rayonlarına hücumlar təşkil edirlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 İyul, 2017 10:59 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |