
“Əl-Cəzirə” əməliyyatının komandanı əməliyyat barədə məlumat verib.
Ahlibeyt.az-ın İslamazeri.com istinadən verdiyi xəbərə əsasən, İraqın qərbində yerləşən Ənbar əyalətinin səhra rayonlarının İŞİD terrorçularından təmizləməsi üzrə yeni genişmiqyaslı əməliyyat start götürüb.
Ənbar əyalətindəki “əl-Cəzirə” əməliyyatının komandanı Qasim Muhəmmədi bildirib ki, əməliyyat bu gün səhər saatlarında başlayıb.
O qeyd edib ki, əməliyyatın hədəfi əyalətin tam təmizlənməsi, İŞİD terrorçularının Ənbar səhrasından sıxışdırılıb çıxarılması və onların məhv edilməsidir.
Qeyd edək ki, Ənbar əyalətinin azad edilmiş şəhərlərindən qaçan İŞİD terrorçularının əksəriyyəti məhz bu səhrada gizlənib. Onlar buradan əyalətin təhlükəsiz rayonlarına hücumlar təşkil edirlər.