|
• DünyadaTürkiyədə IX Beynəlxalq Halal Qidalar və Məhsullar Konfransı keçiriləcəkTürkiyədə 23-24 oktyabr tarixlərində IX Beynəlxalq Halal Qidalar və Məhsullar Konfransı keçiriləcək. Ahlibeyt.az-ın Salamnews-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Qida və Zəruri Tələbat Mallarını Təftiş və Sertifikatlaşdırma Araşdırmaları Dərnəyi (GİMDES) məlumat verib. Məlumata əsasən, konfransda Türkiyə, Malayziya, İndoneziya, ABŞ, İngiltərə, Fransa, Cənubi Afrika Respublikası, İspaniya, Almaniya, Hollandiya, Əlcəzair kimi müxtəlif ölkələrdən sahə ekspertləri və akademik çevrələr iştirak edəcək. GİMDES-dən tədbirin məqsədləri ilə bağlı verilən açıqlamada deyilir: “Məqsədimiz müsəlman ictimaiyyətin halal ərzaq ümidlərini zəmanət altına almaq, halal sertifikatlı məhsulların dünya bazarlarında yayılma trendini artırmaq, halal məhsulların yüksək səviyyədə istehsalçı və tədarükçülərini formalaşdırmaq, halal məhsulların yüksək keyfiyyəti və orijinallığı barədə idxalatçı ölkələrin dövlət və istehlakçıları üzərində etimad formalaşdırmaq, ixracatçı ölkələrdən Türkiyəyə sərmayə axınını asanlaşdırmaqdır. Bu konfrans halal qida və halal qida bazarları haqqında qiymətli məlumatların əldə olunmasını nəzərə alaraq təşkil edilib. Xüsusilə bu bazarda işləməyə başlayan və inkişaf etmək istəyən sahibkarlara xüsusi dəstək veriləcək."
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyul, 2017 16:31 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |