|
• DünyadaAzərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblərRusiyanın Soçi şəhərində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında görüş keçirilib. Ahlibeyt.az-ın məlumatına görə, dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyib, ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar. V.Putin görüşün mövcud regional problemlərin həllinin axtarılmasına yardım edəcəyinə ümid etdiyini söyləyib. "Sizinlə həm bizim ikitərəfli münasibətlərimiz, həm də regionda yaranan vəziyyət barədə danışmaq imkanından məmnunam. Regiondakı vəziyyət sadə deyil.Ümid edirəm ki, bizim bugünkü görüşümüz bütün çətin problemlərin həlli yollarının axtarılmasına yardım edəcək. Əlbəttə ki, Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin necə inkişaf edəcəyini müzakirə edəcəyik. Moskva və Bakının gələcək üçün çoxlu birgə planları var. Sizinlə görüşmək və bütün bu istiqamətlərdə danışmaq imkanlarının olmasına çox şadam"- deyə Rusiya prezidenti bildirib. Prezident İlham Əliyev isə çıxışında iki ölkə arasındakı münasibətlərin uğurla inkişaf etdiyini söyləyib: "Biz münasibətlərimizin yüksək səviyyəsindən məmnunuq. Siyasət, ticarət-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat, enerji sahələrində də əməkdaşlıq üçün yaxşı perspektivlər var". Azərbaycan prezidenti bildirib ki, regional, dünya siyasəti və əlbəttə ki, ikitərəfli münasibətlərə və regionunun təhlükəsizliyinin möhkəmləndirilməsinə dair vacib məsələlərlə bağlı mütəmadi olaraq məsləhətləşmələrə ehtiyac var. Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər. Azərbaycan prezidentinin Rusiyaya işgüzar səfəri iyulun 22-də başa çatıb
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 İyul, 2017 12:11 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |