|
• DünyadaMosul uğrunda döyüşlərdə insan hüquqlarını pozanlar cəzalandırılacaq - Baş naziriİraqın baş naziri Heydər əl-Abadi Mosul şəhərində İŞİD terror təşkilatının darmadağın edilməsi üzrə əməliyyat zamanı insan hüquqlarının pozulması hallarına yol verildiyini etiraf edib. Ahlibeyt.az-ın Salamnews-a istinadən xəbərinə görə,baş nazirin sözlərini “Associated Press” agentliyi təqdim edib. Əl-Abadi oxşar hüquq pozuntularının “ayrı-ayrı hallarda” baş verdiyini qeyd edib və günahkarların layiqli cəzanı alacaqlarına söz verib. İraq baş nazirinin sözlərinə əsasən, insan hüquqlarının pozulmasında əli olan şəxslər ya “düşüncəsiz”, ya da İraq təhlükəsizlik qüvvələrinə ləkə yaxmaq niyyəti ilə İŞİD maraqlarına uyğun fəaliyyət göstəriblər. İyulda “Beynəlxalq amnistiya” hüquq-müdafiə təşkilatı ABŞ tərəfindən rəhbərlik edilən İŞİD-ə qarşı beynəlxalq koalisiyanı humanitar hüquq normalarını pozmaqda və Mosulda hərbi cinayətlər törətməkdə ittiham etdiyi hesabat dərc edib. Koalisiya isə öz növbəsində bu hesabatı “məsuliyyətsiz” adlandırıb. Xatırladaq ki, 2014-cü ilin yayından Mosul İŞİD-in İraqdakı başlıca istinadgahı idi. 2016-cı ilin oktyabrında İraq Silahlı Qüvvələri şəhərin terrorçulardan azad edilməsi məqsədilə hücuma keçib. İyulun 10-da əl-Abadi İŞİD-in Mosulda məğlubiyyətə uğramasına dair rəsmi bəyanat verib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 İyul, 2017 11:23 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |