إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Niyə Quranda Həzrət Məryəm Həzrət Musa Peyğəmbərin (ə) bacısı adlandırılıb?

Qurani-Kərimin “Məryəm” surəsində Həzrət İsanın (ə) anası Məryəmin əhvalatı təsvir edilib. Məryəm Həzrət İsanı (ə) dünyaya gətirəndən sonra camaat ona müraciət edərək söylədi: “Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!” (Məryəm, 28). Əgər burada adı çəkilən Harunu Həzrət Musanın (ə) qardaşı kimi qəbul etsək, zahirən anlaşılmazlıq yaranır. Çünki Həzrət Harun Peyğəmbərlə (ə) Məryəmin arasında böyük zaman fasiləsi vardı.

Təfsirlərdə Məryəmə niyə “Harunun bacısı” deyilməsinə fərqli izahlar verilir. Bir nəzəriyyəyə görə, burada adı çəkilən Harun Həzrət Musanın (ə) qardaşı deyil, Məryəmin doğma qardaşıdır. Bu Harun imanlı, əxlaqlı bir şəxs kimi tanınırdı və insanlar belə bir adamın bacısının atasız uşaq dünyaya gətirməsini eyib bilirdilər. İkinci nəzəriyyəyə görə, Harun Bəni-İsraildə məşhur olan bir şəxs idi. O qədər əxlaqlı və düzgün insan idi ki, zərbi-məsələ çevrilmişdi və yəhudilər yaxşı adamları “Harunun qardaşı”, “Harunun bacısı” çağırırdılar, bununla da o adamın müsbət şəxs olmasına işarə edirdilər. Ayədə Məryəmi ona görə bu adla çağırırlar ki, o, camaat arasında tərbiyəli, əxlaqlı qız kimi tanınırdı. Bəzi nəzəriyyələrə görə isə, ayədəki Harun elə Musa Peyğəmbərin (ə) qardaşıdır. Eyni nəslin nümayəndələri olduğuna görə, zaman fərqini nəzərə almadan Məryəmi onun bacısı kimi çağırmışlar.

Mənbə:İslam.az

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 İyul, 2017  13:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!