|
• DünyadaTürkiyədə "Məscidi-Əqsa"nın bağlanmasına etiraz olaraq cümə günü “Qəzəb günü” elan olundu - FOTOİyulun 21-də cümə günü Türkiyədə “Qəzəb günü” elan olunub. Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, 14 iyul 2017-ci il tarixində işğalçı İsrail əsgərləri tərəfindən Qüdsdə 3 fələstinli gəncin şəhid edilməsi və müqəddəs "əl-Əqsa" məscidinin müsəlmanların üzünə bağlanmasına etiraz məqsədilə iyulun 21-i (cümə günü) Qəzəb günü elan olunub. Türkiyənən nüfuzlu gənclər təşkilatı Anadolu Gənclər Təşkilatı cümə gününü “Qəzəb günü” elan edərək insanları Bəyazid meydanında İsrail rejimi əleyhinə geniş miqyaslı etiraz aksiyasında iştirak etməyə çağırıb. Qeyd edək ki, iyulun 15-də 3 fələstinli gəncin şəhadəti və müqəddəs məscidin bağlanmasından sonra Türkiyənin ən nüfuzlu və dinamik gənclər təşkilatı paytaxt Ankarada və İstanbulda etiraz aksiyaları keçirtmişdir. Ötən gündə bu münasibətlə işğalçı rejimin İstanbuldakı konsulluğu qarşısında etiraz aksiyası keçirilmiş və insanlar konsulluğun önündə camaat namazı qılmışdır. Aksiya zamanı etirazçılar sionist rejimi legitimliyini tanımadıqlarını, daim Fələstin müqavimətinin yanında olacaqlarını, Qəzza və Qüdsün sionist işğalından azad ediləcək günün yaxında olduğunu vurğulanmışdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyul, 2017 15:37 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |