18 İyul, 2017
Türkiyədə "Məscidi-Əqsa"nın bağlanmasına etiraz olaraq cümə günü “Qəzəb günü” elan olundu - FOTO

İyulun 21-də  cümə günü Türkiyədə “Qəzəb günü” elan olunub.

Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, 14 iyul 2017-ci il tarixində işğalçı İsrail əsgərləri tərəfindən Qüdsdə 3 fələstinli gəncin şəhid edilməsi və müqəddəs "əl-Əqsa" məscidinin müsəlmanların üzünə bağlanmasına etiraz məqsədilə  iyulun 21-i (cümə günü) Qəzəb günü elan olunub.

Türkiyənən nüfuzlu gənclər təşkilatı  Anadolu Gənclər Təşkilatı cümə gününü “Qəzəb günü” elan edərək insanları  Bəyazid meydanında İsrail rejimi əleyhinə geniş miqyaslı etiraz aksiyasında iştirak etməyə çağırıb.

Qeyd edək ki, iyulun 15-də 3 fələstinli gəncin şəhadəti və müqəddəs məscidin bağlanmasından sonra Türkiyənin ən nüfuzlu və dinamik gənclər təşkilatı paytaxt Ankarada və İstanbulda etiraz aksiyaları keçirtmişdir. Ötən gündə bu münasibətlə işğalçı rejimin İstanbuldakı konsulluğu qarşısında  etiraz aksiyası keçirilmiş və insanlar konsulluğun önündə camaat namazı qılmışdır.

Aksiya zamanı etirazçılar sionist rejimi legitimliyini tanımadıqlarını, daim Fələstin müqavimətinin yanında olacaqlarını, Qəzza və Qüdsün sionist işğalından azad ediləcək günün yaxında olduğunu vurğulanmışdır.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7209.html