|
• DünyadaTürkiyədə 128 mindən çox Quran hafizi varTürkiyədə hazırda 70 mindən çox tələbə Quran əzbərləmə kurslarında dərs oxuyur və onlara 5 mindən çox müəllim dərs deyir. Ahlibeyt.az-ın Maide.info-a istinadla verdiyi xəbərə görə, Türkiyə Diyanət İşləri Təşkilatının Təhsil Xidmətləri üzrə idarənin rəhbəri Bünyamin Albayrak deyib ki, ölkədə 1976-cı ildən indiyədək 128 min 440 nəfər Quran hafizi rəsmi qeydiyyata alınıb. Onun sözlərinə görə, hazırda 70 mindən çox tələbə Quran əzbərləmə kurslarında dərs oxuyur və onlara 5 mindən çox müəllim dərs deyir. B. Albayrak deyib ki, ötən il Quranı əzbərləyən 6500 şagirdə sertifikat verilib. Bu rəqəm 2015-ci ildə 6 min və 2014-cü ildə 5500 nəfər olub. Onun sözlərinə görə, 3 milyondan çox uşaq üçün dini maarifləndirmə dərsləri təşkil oluub və yay aylarında məktəbli uşaqların Quran əzbərləməsi üçün Quran təlimi kursu təşkil olunur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyul, 2017 11:42 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |