
Türkiyədə hazırda 70 mindən çox tələbə Quran əzbərləmə kurslarında dərs oxuyur və onlara 5 mindən çox müəllim dərs deyir.
Ahlibeyt.az-ın Maide.info-a istinadla verdiyi xəbərə görə, Türkiyə Diyanət İşləri Təşkilatının Təhsil Xidmətləri üzrə idarənin rəhbəri Bünyamin Albayrak deyib ki, ölkədə 1976-cı ildən indiyədək 128 min 440 nəfər Quran hafizi rəsmi qeydiyyata alınıb.
Onun sözlərinə görə, hazırda 70 mindən çox tələbə Quran əzbərləmə kurslarında dərs oxuyur və onlara 5 mindən çox müəllim dərs deyir.
B. Albayrak deyib ki, ötən il Quranı əzbərləyən 6500 şagirdə sertifikat verilib. Bu rəqəm 2015-ci ildə 6 min və 2014-cü ildə 5500 nəfər olub.
Onun sözlərinə görə, 3 milyondan çox uşaq üçün dini maarifləndirmə dərsləri təşkil oluub və yay aylarında məktəbli uşaqların Quran əzbərləməsi üçün Quran təlimi kursu təşkil olunur.