إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Şiələri təkfir edənlər mühakimə olunsun!

Səudiyyə Ərəbistanının əl-Rəbiyiəh məntəqəsindəki əl-Abbas(ə) məscidinin imamı Hüccətül-İslam Şeyx Əbdül-Kərim əl-Hübəyl Cümə xütbəsində təkfirçilərin mühakimə olunmasını istəyib.

Şeyx əl-Hübəyl KİV-də şiələrə qarşı yönəlmiş hücumların dayandırılmasını istəyərək deyib ki, mətbuatda şiə məzhəbinin ardıcıllarına qarşı hücumlar artmışdır. İş o yerə çatmışdır ki, şiələr kafir, cahil, yəhudilərdən də betər və Yer kürəsinin ən təhlükəli məxluqu adlandırılırlar. Həmçinin şiələrə qarşı hücum və təzyiqlər Cümə xütbələrində, məktəblərdə və kitablarda da öz əksini tapmaqdadır.

əl-Hübeyl şiələrə qarşı nifrət aşılayan mətbuat vasitələrinin, o cümlədən, bəzi internet saytlarının və kabel televiziyalarının bağlanmasını tələb edərək, şiələri təkfir edənlərin mühakimə olunmasını istəyib.

əl-Hübeyl bildirib ki, Səudiyyədə bir şiə saytı da yoxdur ki, digər həmvətənləri kafir adlandırsın və onlarla mübarizəyə səsləsin. Bundan başqa bir şiə alimi də yoxdur ki, şiələrdən başqalarını təkfir edib kafir adlandırsın. Məhz buna görə baş müftidən camaatı şiələrə ehtiram göstərməyə dəvət etməsinin intizarındayıq.

Şeyx Əbdül-Kərim əl-Hübeyl xütbəsində həmçinin bəzi universitetlərdə şiə tələbələrin sıxışdırılmasını tənqid edərək deyib ki, tələbələrin və Bəqi zəvvarlarının əziyyət edilmələri şiələrin bu ölkədə təzyiqlərə məruz qalmasını bir daha sübut etməkdədir.

əl-Hübeyl həmçinin Qətif və bəzi şəhərlərdə şiələrin etiraz aksiyalarına işarə etmiş və bu etirazları haqlı adlandıraraq deyib ki, bu etirazların səbəbi məhz şiələrin bu ölkədə ikinci dərəcəli insan hesab edilmələrinə qarşı yönəlmişdir. Və onların yeganə istəyi bu münasibətin aradan qaldırılmasıdır. Çünki onlar da bu ölkənin vətəndaşlarıdırlar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Yanvar, 2012  04:16 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!