إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Putin Suriyadakı vəziyyətin yaxşılaşmasında Türkiyənin rolunu qeyd edib

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan arasında Hamburqda G20 sammiti çərçivəsində keçirilən görüşdə Rusiya lideri Suriya münaqişəsinin həllində Türkiyənin rolunu vurğulayıb və bu istiqamətdə ciddi irəliləyişlərin olduğunu bildirib.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, Putin son illər Rusiya ilə Türkiyə arasında münasibətlərin inkişafı və qarşılıqlı maraq kəsb edən problemlərin həllində çox iş görüldüyünü söyləyib.

"Son vaxtlar ikitərəfli əlaqələrin hərtərəfli inkişafı və bir sıra problemlərin həllində çox iş görülüb.

Cənab prezident, əhəmiyyətli dərəcədə sizin sayənizdə Suriyadakı vəziyyəti müsbət istiqamətdə dəyişmək mümkün oldu. Suriya ilə bağlı danışıqlar prosesində mövqeyinizi yüksək qiymətləndiririk.", - Putin belə deyib.

Ərdoğan isə öz növbəsində bildirib ki, Türkiyə-Rusiya əlaqələrinin inkişafı artıq bölgədə müsbət nəticələrini göstərməyə başlayıb: “Türkiyə-Rusiya əlaqələri bölgəyə müsbət təsir edir. İkitərəfli əlaqələrin gücləndirilməsi, həqiqətən, hər iki ölkə xalqına faydalıdır. Həm iqtisadi, həm turizm, həm də müdafiə sənayesindəki ikitərəfli əlaqələr daha da gücləndiriləcək.

Hər şeydən əvvəl isə Suriya və İraq məsələsində əlaqələrimizin inkişafından çox şey gözləyirik."

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyul, 2017  15:05 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!