إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İslam Əməkdaşlıq Təşkilatı Zəhranın ölümünə görə bəyanat verdi

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu erməni silahlı birləşmələrinin atəşi nəticəsində dinc Azərbaycan sakinlərinin həlak olması ilə bağlı Bəyanat qəbul edib.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu İdarə Heyəti,  iyul ayının 4-də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yerləşən Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Fizuli rayonu Alxanlı kəndində mülki əhalini qəsdən atəşə tutması nəticəsində dinc sakinlər, o cümlədən 18 aylıq uşağın həlak olmasıilə bağlı baş vermiş insidenti qətiyyətlə pisləyən bəyanat qəbul edib.

Bəyanatı  şərh edən İƏT Gənclər Forumu sədri Elşad İskəndərov bu hadisəni Ermənistanın son 25 ildən artıq müddətdə Azərbaycan Respublikası ərazilərinin işğalı zamanı azərbaycanlı dinc sakinlərə qarşı düşünülmüş soyqırımı siyasətinin, o cümlədən Xocalı soyqırımı kimi hərbi cinayətlərinin davamı kimi qiymətləndirdiklərini qeyd edib.

O, həmçinin bildirmişdir ki,  10-11 iyul 2017-ci il tarixində keçirilməsi nəzərdə tutulan İƏT XİN başçıları toplantısının 44-cü Sessiyasındaüzv ölkələrin XİN rəhbərlərinin və digər rəsmi nümayəndə heyəti üzvlərinin baş vermiş insident və bundan əvvəlki oxşar hallarla bağlı daha geniş məlumatlandırılması məqsədilə İƏT Gənclər Forumu tərəfindən xüsusi informasiya paketləri hazırlanır və bu paketlər Sessiya vaxtı , İƏT-ə üzv 56 ölkənin XİN nümayəndələri və digər deleqatlarına paylanacaqdır.

Eyni zamanda İƏT Gənclər Forumu Ermənistan tərəfindən dinc sakinlərə qarşı həyata keçirilmiş bu cinayət aktına qiymət verilməsi ilə bağlı qeyd edilən İƏT XİN Sessiyası zamanı məsələnin qaldırılması və münasibət göstərilməsinə nail olmaq məqsədilə bütün imkanlardan istifadə edəcəkdir.


Mənbə Modern.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 İyul, 2017  20:49 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!