إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Küçələrin zibillənməsilə qeyd olunan Qurban ayinlərinin işkalı var

Ayətullahul-Üzma Şeyx Mkarim Şirazi Qum şəhərinin ətraf mühitin mühafizəsi idarəsinin müdirini qəbul edib.

Görüş zamanı Ayətullah Məkarim Şirazi ətraf mühitin mühafizəsinin qorunmasının zəruriliyindən danışıb və bildirib ki, keçmiş nəsillərin bizə ötürdüyü sağlam ətraf mühiti biz də həmçinin özümüzdən sonrakı nəsillərə sağlam çatdırmalıyıq.

Bir damla suyun belə mühüm olduğunu və israf edilməməli olduğunu bildirən mərcei-təqlid deyib ki, havanın çirklənməsinin də qarşısı alınmalıdır. Və İranda istifadəsi kütləvi olan motosikletlərin sahiblərinin nasaz vəziyyətdə motosikletlərdən istifadə etmələri qəbul olunmazdır.

Qumda əvvəllər böyük bir bağın olduğunu xatırladan mərcei-təqlid deyib ki, həmin bağ Qumun havasının təmiz saxlanmasında yardımçı rolunu oynayardı. Amma təəssüflər olsun ki, indi o bağdan əsar-əlamət qalmayıb. Və bunun nəticəsidir ki, qəlb və tənəffüs xəstəlikləri xeyli artmışdır. Bunun qarşısını almaq üçün isə gərək Qumda yenidən çoxlu ağaclar əkilsin və yaşıllıqlar salınsın.

Ayətullah Məkarim Şirazi həmçinin Qurban ayinləri zamanı küçələrin və keçidlərin zibillənməsinə də işarə edib. Quran müfəssiri deyib ki, küçələrin və keçidlərin zibillənməsinə səbəb olan Qurban ayinlərinin şəri baxımdan işkalı vardır. Qurban ayinləri müəyyən olunmuş yerlərdə qeyd olunmalıdır və heyvanların qanları küçələrə axıdılmamalıdır. Çünki bu ətraf mühitin çirklənməsinə səbəb olur.

Görüşün sonunda Ayətullah Məkarim Şirazi ətraf mühiti mühafizə etdiyinə görə idarənin əməkdaşlarına və öz vəzifələrinə əməl edib ətraf mühiti çirkləndirməyən camaata təşəkkür edib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Yanvar, 2012  20:44 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!