إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstanın baş naziri iftar süfrəsi təşkil edib - FOTO

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili müsəlmanlarala iftar süfrəsi ətrafına bir araya gəlib.

Gürcüstan Müsəlmanları İdarəsindən Ahlibeyt.az-a verilən məlumata görə, mərasimdə ölkə müsəlmanlarını qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edən hökümət başçısı bu müqəddəs  ayın Tanrıya qayıdış, paklıq, xeyirxahlıq və insanpərvərliklə tanınan bir ay olduğunu qeyd edib:

"Ölkə vətəndaşları fərqli inanc, din və millətə mənsub olmalarına baxmayaraq birgə güc şəkilində ortaq sərvətimiz olan ölkəmizin inkişafında xidmətlər göstərirlər.

Buna görə də mən ölkə vətəndaşlarım olan vətənpərvər müsəlmanlarla birgə yaşamaqdan fəxr hissi duyuram. Bizim fərqli dinimiz olsa da çoxdinli və millətlilik baxımından zəngin dövlətimiz var.  Tarix boyu ölkə vətəndaşları  din və vicdan azadlığına söykənərək bərabər qarşılıqlı sayqı və hörmətlə tolerantlıq çərçivəsində birgə yaşayırlar”.

İftar axşamında Dini məsələlər üzrə dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanlar İdarəsinin(GMİ) şeyxi Hacı Ramin İgidov, qərbi Gürcüstanın müftisi Hacı Beqlar Kamaşidze, şərqi Gürcüstanın müftisi Yasin Əliyev çıxış edərək Ramazan ayı münasibətilə müsəlmanlara göstərilən diqqət və qayğıya görə baş nazirə minnətdarlıqlarını bildirdilər.

Mərasimdə çıxış edənlər ölkənin rifahı, ərazi bütövlüyü, xoş gələcəyi üçün dua edib, dünyaya sülh, əminamanlıq arzuladılar. Qarşıdan gələn Ramazan bayramı münasibəti ilə ölkə və dünya müsəlmanlarını təbrik edərk, tutulan orucların edilən dua və ibadətlərin qəbul olmasını dilədilər.

Qeyd edək ki, tədbirdə din, ictimaiyyət xadimləri, dövlət rəsmiləri və müsəlman ölkələrinin səfirlikləri iştirak etdi. Sonda baş nazir qonaqlarla xatirə şəkili çəkdirdi.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyun, 2017  17:15 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!