إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Məkkədə Məscidul - Hərama hucumun qarşısı alınıb

Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Məkkədə terror aktının qarşısını alıb.

Ahlibeyt.az-ın Tass agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının daxili işlər naziri açıqlama verib.

Bildirilir ki, ölkənin təhlükəsizlik qüvvələri müqəddəs Kəbə evini  yerləşdiyi Məscidul -Hərama hücumun qarşısı alınıb.Təhlükəsizlik qüvvələrinin əməkdaşları terrorçunun olduğu binanı müəyyənləşirərək mühasirəyə aldıqda, o özünü partladıb. Partlayış nəticəsində 11 nəfər yaralanıb.yaralananlar arasında 5 nəfərinin təhlükəsizlik qüvvələri əməkdaşları olduğu açıqlanıb.

Məlumata görə, Məkkə və Ciddə şəhərlərində Məscidul-Həram da daxil olmaqla ölkənin 3 fərqli nöqtəsində terror aktlarına hazırlaşan iki qrup müəyyən olunaraq aşkarlanıb.Keçirilmiş təxirəsalınmaz əməliyyat nəticəsində  biri qadın olmaqla, 5 nəfər saxlanılıb.

Hadisə ilə əlaqədar araşdırılma aparılır.

Ərəbistanının Daxili İşlər Nazirliyi (DİN) Məkkədə planlaşdırılmış terror aktının ölkədən xaricdə hazırlandığını bildirib.

Nazirliyin bəyanatında bildirilir ki, terror aktında məqsəd ölkədəki təhlükəsizliyin və sabitliyin pozulması olub.

 


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyun, 2017  11:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!