|
• DünyadaMüsəlman ölkəsindən Həcc ziyarətinə gedənlərə yaş məhdudiyyətiTacikistan hökuməti Həccə getmək istəyənlərlə bağlı yeni qərar verib. Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, bu ildən Tacikistan vətəndəşları yalnız 40 yaşına çatdıqdan sonra Həccə gedə biləcəklər. Müvafiq qərar Tacikistan Respublikası hökuməti tərəfindən verilib. Bununla da Məkkəyə getmək üçün təyin edilmiş yaş həddi artıq 3-cü dəfə artırılıb. Belə ki, 2010-cu ildə 18 yaşdan kiçik və 80 yaşdan böyük olan ölkə sakinlərinə Həcc əməlini yerinə yetirmək qadağan edilib. Bu qərardan bir neçə il keçdikdən sonra minimal yaş limiti 18-dən 45-ə qaldırıldı. Qeyd edək ki, bu məhdudiyyətlər Ümrə ziyarətini etmək istəyən şəxslərə şamil edilmir. Bildirilir ki, ötən il Həccə getmiş tacikistanlı zəvvarların sayı 6 min nəfər olub. Din İşləri üzrə Respublika Komitəsi hər il Səudiyyə Ərəbistanı rəhbərliyinə Tacikistan üçün ayrılmış kvotanı artırmağa dair çağırışla müraciət edir. Lakin, görünür ki, rəsmi Ər-Riyad hələ bu addımı atmağa tələsmir, elə bu səbəbdən də bir çoxları Məkkəyə getmək imkanından məhrum olur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 İyun, 2017 12:19 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |