|
• DünyadaAvropada məscid yaxınlığında hücum törətdi - Ölən və yaralananlar varBöyük Britaniyanın paytaxtı London şəhərində yerləşən məscid yaxınlığında islamofob şəxs idarə etdiyi furqon maşını insanların üzərinə sürüb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, İslamazeri.com-un “Reuters”-ə istinadən məlumatına əsasən, hadisə nəticəsində 10 nəfər xəsarət alıb, 1 nəfər həyatını itirib. “8 nəfər xəstəxanaya yerləşdirilib. İki nəfərə isə hadisə yerindəcə tibbi yardım göstərilib.”, - deyə London polisinin nümayəndəsi bildirib. İnsident bu gün gecə saatlarında baş verib. Furqonun sürücüsü hadisə şahidləri tərəfindən tutulub və polisə təhvil verilib. Ölkə Baş naziri Tereza Mey bildirib ki, polis hadisəni potensial terror aktı kimi nəzərdən keçirir. Böyük Britaniya Müsəlman Şurasının başçısı Harun Xan bildirib ki, hücumu törətmiş şəxs qabaqcadan planlaşdırılmış şəkildə və islamofob əhval-ruhiyyə ilə hərəkət edib. O bildirib ki, Böyük Britaniyanın müsəlman icması son həftələr və aylar çox sayda islamofob problemlərlə üzləşib və bu gün baş verən də onlardan biridir. “Gözləyirik ki, ölkə rəhbərliyi məscidlərin yaxınlığındakı təhlükəsizlik tədbirlərini gücləndirəcək.” - deyə o bildirib. Xan əlavə edib ki, müsəlman icması daha əvvəl də oxşar çağırışlarla çıxış edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 İyun, 2017 12:58 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |