|
• DünyadaAlmaniyanın ən böyük məscidində ilk namaz qılınıb (Foto-Video)Kölndə açılışı olan bu məscidin dinlərarası sülh və dostluq simvolu olacağına ümid edildiyi bildirilib. Ahlibeyt.az-ın məlumatına görə. məscidin arxitektoru olan Paul Byem kilsələrin tikilməsi üzrə mütəxəssislərdən biridir. Osmanlı üslubunda tikilmiş məscid şüşə günbəz və 55 metr hündürlüyündə olan iki minarədən ibarətdir. Məscid 5 ilə tikilib. Diyanet İşleri Türk İslam Birliği (DITIB) və 800-dən çox İslam birliyi assosiasiyalarının vəsaiti ilə inşa edilən məsciddə eyni anda 4500 nəfərin ibadət etməsi nəzərdə tutulub. İlk namaz azanını Diyanət İşləri Türk-İslam Birliyi (DİTİB) başqanı professor Nevzat Aşıkoğlu, ilk xütbəni isə, Essen konsulluğunun din xidmətləri üzrə atteşesi Suat Okuyan türkcə və almanca oxuyub. Ümumilikdə 17 min kvadratmetr sahəni əhatə edən məscid kompleksinə kitabxana,muzey,İslam mədəniyyət mərkəzi,restoran və mağazalar daxildir ki,bunlar da ora ziyarətə gələn bütün dini konfesiya ardıcıllarının üzünə açıq olacaq. Bildirilir ki,məscidin tikintisi 40 milyon dollara başa gəlib
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyun, 2017 19:51 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |