إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rusiyadan İŞİD-ə ağır zərbə: Yüzlərlə terrorçu və liderlər məhv edildi

Rusiya aviasiyası İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib.

Ahlibeyt.az-ın məlumatına görə. İslamazeri.com-un Ria-ya istinadən verdiyi xəbərə əsasən, Rusiya Hava-Kosmik Qüvvələri Suriyanın Raqqa şəhərinin yaxınlığında zərbə endirib.

Nəticədə 330-a yaxın terrorçu və İŞİD-in “hərbi şurasına” daxil olan yüksəkvəzifəli terrorçular da məhv edilib.

“Su-35 və Su-34 hərbi təyyarələrinin zərbəsi nəticəsində terror təşkilatının yüksəkvəzifəli komandirləri, həmçinin 30-a yaxın orta rütbəli səhra komandiri və onların şəxsi mühafizəsindən olan 300-dək terrorçu məhv edilib. Həmin yüksəkifvəzifəli komandirlər İŞİD-in hərbi şurasının üzvləri olublar.”, - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd edilir.

İŞİD liderlərinin Raqqanın cənubunda keçirəcəyi müşavirə barədə məlumat Rusiya Müdafiə Nazirliyinə hələ may ayında daxil olub. Məlumatların yoxlanılması zamanı əlavə olaraq müəyyən etmək mümkün olub ki, görüşün məqsədi terrorçuların “cənub dəhlizi” ilə Raqqadan çıxarılma marşrutunun planlaşdırılması olub.

Məlum hava əməliyyatı may ayının 28-si, Moskva vaxtı ilə 00.35-dən 00.45-dək baş tutub. Zərbələr, görüşün yeri və zamanı haqda məlumatlar PUA-lar vasitəsilə təsdiqləndikdən sonra endirilib.

Müdafiə Nazirliyinin məlumatına görə, məhv edilmiş terrorçular arasında Raqqanın “əmiri” Əbu əl-Həci əl-Mısri, İbrahim Ən-Nayef əl-Həc və İŞİD-in “təhlükəsizlik xidmətinin rəisi” Süleyman əl-Şəvəh də var.

ABŞ tərəfinin Rusiya aviasiyasının əməliyyatı barədə əvvəlcədən xəbərdar edildiyi qeyd edilib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyun, 2017  16:28 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!