إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

BƏƏ-də məscidin adı dəyişdirilərək həzrət Məryəmin(ə) şərəfinə adlandırılıb

Birləşmiş Ərəb Əmirlikləri hökuməti paytaxt Əbu-Dabidəki böyük məscidlərdən birinin adını dəyişdirərək, həzrət Məryəmin (ə) adını qoyub.

Ahlibeyt.az-ın məlumatına görə, bu barədə Salamnews RiaNovosti-yə istinadla xəbər verib.

"Məryəm, İsanın anası” məscidinin adı müxtəlif dinlərin ardıcılları arasındakı əlaqələri möhkəmləndirəcək.”, - müsəlman məbədinin adının dəyişdirilməsi təşəbbüsü ilə çıxış edən Əbu-Dabinin vəliəhd şahzadəsi şeyx Məhəmməd bin Zayd əl-Nəhəyya bildirib.

Qeyd edək ki, adı dəyişdirilən BƏƏ-nın böyük məscidlərindən biridir və əvvəlki adı Məhəmməd bin Zeyed olub.Məscid Abu-Dabinin Əl-Muşarifə bölgəsində yerləşir.

Məscidin adının dəyişdirilməsinə münasibət bildirən ölkənin anqlosaks kilsəsinin rəhbəri Endrio Tompson qeyd edib ki,bu təqdirəlayıq bir addımdır və tarixi və dini şəxsiyyət olan həzrəti İsanın anası olan Məryəmə ehtiram əlamətidir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 İyun, 2017  19:55 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!