|
• DünyadaQətər XİN-dən "Taliban" və HƏMAS aşıqlamasıQətər rəsmisi ölkəsinin dəfələrlə ABŞ-ın göstərişiylə “Taliban”-a dəstək verdiyini etiraf edib. Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən məlumatına görə, “Al Jazeera” xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin terrorla mübarizə məsələləri üzrə xüsusi nümayəndəsi Mütləq Qəhtani bu məsələyə işarə edərək bildirib: “Biz ABŞ, “Taliban” və Əfqanistan arasında müzakirələrin asanlaşması üçün vasitəçi rolunu oynamışıq. Qətər ABŞ-ın istəyi və “açıq qapı” siyasəti ilə Əfqanıstanda sülhün yaranması üçün “Taliban”a ev sahibliyi edib.” Qeyd edək ki, ABŞ tərəfi, hələ ki, bu barədə mövqeyini bildirməyib.Qətər rəsmisi ölkəsinin dəfələrlə ABŞ-ın göstərişiylə “Taliban”-a dəstək verdiyini etiraf edib. Digər bir məlumata görə, Qətərin xarici işlər naziri ərəb xalqlarının HƏMAS-la bağlı açıqlama verərək təşkilatı müqavimət hərəkatı olaraq tanıdığını bildirib. Qətərin HƏMAS-a verdiyi dəstəyi təkzib edən Şeyx Muhəmməd bin Əbdürrəhman Al-Sani bildirib: “ABŞ-a görə HƏMAS terror təşkilatıdır, lakin ərəb dünyasında bu hərəkatı qanuni olaraq müqavimət təşkilatı hesab olunur. Lakin bütün bunlara baxmayaraq biz HƏMAS-a deyil, Fələstin xalqına dəstək oluruq. HƏMAS rəhbərlərinin ölkəmizdə olması bizim onlara dəstək verdiyimiz mənasında deyil. Onların Qətərdə məskunlaşması fələstinlilər arasında barışığın baş verməsi üçün ABŞ-ın öz dəstəyi ilə olmuşdur.” Xatırladaq ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək, Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan Liviya, Yəmən(M.Hadi hökuməti),Komor adaları, Maldiv,Seneqal və Mavriki də Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Həmçinin İordaniya və Cibuti Qətərlə diplomatik münasibətləri nisbətən azaltdıqlarını bəyan ediblər
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyun, 2017 19:37 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |