إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səudiyyə Ərəbistanından Qətərə qarşı ittihamlar barədə izahat istəyəcəyik - İraq baş naziri

İraqın baş naziri Heydər əl-Abadi Qətərin ərəb ölkələri tərəfindən təcridinə qarşı çıxış etdiyini bildirib.

Ahlibeyt.az-ın Report-a istinadən verdiyi xəbərə görə, baş nazir bunun rejimə deyil, sadə vətəndaşlara ziyan vurduğunu qeyd edib.

"İraq Qətərin Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər ərəb qonşuları tərəfindən təcridinə qarşı çıxır, çünki bu, adi vətəndaşlara ziyan vurur", - baş nazir bildirib.

Heydər əl-Abadi kral Salman bin Əbdüləziz As-Səud ilə danışıqlar aparmaq üçün çərşənbə günü Səudiyyə Ərəbistanına səfər edəcək.

İraqın baş naziri bildirib ki, o, Səudiyyə Ərəbistanından Qətərə qarşı irəli sürülən ittihamlar barədə izahat istəyəcək.

"Blokada rejimlərə təsir etmir, blokada insanlara əzab verir", - baş nazir bildirib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyun, 2017  12:37 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!