إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyə Qətəri hərtərəfli dəstəkləməkdə davam edəcək - R.T.Ərdoğan

Mən bu günə qədər Qətərin terrora dəstək verdiyinə şahid olmadım

Ahlibeyt.az-ın  APA-ya istinadən verdiyi xəbərə görə, “Anadolu” agentliyinin məlumatında bildirilir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"Türkiyə Qətəri hərtərəfli dəstəkləməkdə davam edəcək. Mən bu günə qədər Qətərin terrora dəstək verdiyinə şahid olmadım. Son bir-iki həftəyə qədər şox yaxşı münasibətləri olan Körfəz ölkələrinə indi nə oldu ki, qardaşlarını terror ölkəsi elan edirlər?”, deyə R.Ərdoğan bildirib.

Qətərə qarşı tətbiq edilən blokadanı aradan qaldırmağa çağıran dövlət başçısı Səudiyyə Ərəbistanına müraciət edib: “Siz Körfəzin ən böyük və qüdrətli dövlətisiniz.  Siz bölgədə qardaşlığın baş tacı olmalısınız, bütün tərəfləri bir araya gətirməlisiniz. Biz bunu  gözləyirik, bu bizim haqqımızdır”.

Qeyd edək ki,Qətər ətrafında yaranmış böhranla əlaqədar bu gün Qətərin xarici işlər naziri Məhəmməd ben Abdel Rəhman Casem əl-Tani Moskvaya səfər edib.

Xatırladaq ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək,  Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan Liviya, Yəmən(M.Hadi hökuməti),Komor adaları, Maldiv,Seneqal və Mavriki də Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər.

Həmçinin İordaniya və Cibuti Qətərlə diplomatik münasibətləri nisbətən azaltdıqlarını bəyan ediblər



 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 İyun, 2017  11:57 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!