|
• DünyadaMüharibə: Düşmənin həmləsi dəf edilib, işğalçı geri çəkilir, qələbə yaxındırDüşmən hakerləri Azərbaycanın saytlarını dağıdır, Azərbaycan hakerləri yubanmadan əks-hücuma keçib məharətli taktika və strategiya tətbiq edərək düşmən saytlarını sıradan çıxardırlar. Belə getsə işğalçılar geri oturdulacaq, qəsb edilmiş torpaqlar azad ediləcək və İlham Əliyev tarixə Fateh kimi adını həkk edəcək. Edəcək, amma əvvəlcə həmlənin istiqamətini cənuba yox, qərbə yönəltsin. Çünki Ermənistan cənubda yox, qərbdə yerləşir. İşğal edilmiş Qarabağ da Azərbaycanın qərbindədir. Bəs cənubda kim var? Cənubda İran dövləti var. Azərbaycan saytlarının “naməlum” hakerlər tərəfindən dağıdılmasından sonra Azərbaycan dilini bilməyən qisasçı “Pirates Crew“ İrana xərbə endirib. Çox əyləncəli həmlədir. Ağıllı hakerlərimiz yazırlar ki, “Bizim fəth eləmədiyimiz bir Antarktida qaldı, siz nə atılıb düşürsuz ki?” Gülüncdür? Yox, düz deyirlər. Heç kim atılıb düşməsin! Ancaq bir qeydimiz var. Bu haker oyununu icad edənlər unudurlar ki, İran Amerika kimi nəhəngə meydan oxuyan bir dövlətdir və Azərbaycanın onsuz da oxunmayan saytlarını dağıtmaq kimi uşaq oyununa əl atmaz. Belə görünür ki, haker oyunu Azərbaycan cəmiyyətinin diqqətini müzmin problemlərdən yayındırmaq üçün icad edilən yeni qeyri-ciddi taktiki uşaq oyunudur. mirzexezerinsesi.net
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Yanvar, 2012 01:49 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |