|
• Dünyadaİranın təhlükəsizlik naziri: Hələlik Səudiyyə Ərəbistanının bu terror hadisəsində rolu ilə bağlı fikir bildirmək tezdir“Səudiyyə Ərəbistanının dünyada terror hadisələrini dəstəkləməsinə şübhə yoxdur” APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi terror hadisələrində yaralanan şəxslərə baş çəkərkən deyib. O bildirib ki, Səudiyyə Ərəbistanının dünyada baş verən terror hadisələrini dəstəkləməsinə heç bir şübhə yoxdur: “İraq və Suriyada terrorçuları səudiyyəlilərin dəstəkləməsinə dair izlər açıq görünür. Dünyada hamı bu düşüncədədir ki, terror qruplaşmalarının arxasında Səudiyyə Ərəbistanı dayanır və hətta onların ideoloji mərkəzi Səudiyyə rejimidir. Lakin istəmirik sənədsiz, sübutsuz söz deyək. Ona görə, bu terror hadisəsini Səudiyyə Ərəbistanının törətdiyini söyləməyə tələsmirik. Hələlik məsələ araşdırılır”. M. Ələvi qeyd edib ki, terror törədən qrupların arxasındakı şəxslər müəyyən edilib və onların bəziləri həbs olunub. Nazir diqqətə çatdırıb ki, bu, ilk terror layihəsi deyil: “Son iki ildə 100-dən çox terror layihəsi müəyyən edilib və zərərsizləşdirilib. Son ay və son günlərdə terrorçular tərəfindən güclü basqı var idi. Belə ki, hər həftə 2-3 nəfərlik qruplar və ya şəxsləri müəyyən edib, zərərsizləşdirirdik”. Xatırladaq ki, Tehranda iyunun 7-də törədilən terror hadisələrində ölənlərin sayı 17 nəfərə çatıb. İran Təhlükəsizlik Nazirliyi açıqlama verib ki, terroru vəhhabi və təkfirçi qruplar tərəfindən törədib
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyun, 2017 18:14 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |